Bakı.15 sentyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Asif Məhəmməd oğlu Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
"Report"un məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə A.Məmmədov 8 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs edilib.
Qeyd edək ki, A.Məmmədov Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunub. Onun barəsində həbs qətimkan tədbiri seçilməyib.