​Dələduzluqda təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb

​Dələduzluqda təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb Məhkəmənin növbəti iclası oktyabrın 8-nə təyin edilib
Hadisə
5 Oktyabr , 2015 14:12
​Dələduzluqda təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb

Bakı. 5 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Tahirə Əliyeva, Vasif Hüseynov və Hüseyn Bağırovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

"Report"un xəbərinə görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası oktyabrın 8-nə təyin edilib.

Qeyd edək ki, T.Əliyeva, V.Hüseynov və H.Bağırov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunurlar.

Son xəbərlər

Orphus sistemi