Dələduzluqda təqsirləndirilən şəxslərə hökm oxunub

Dələduzluqda təqsirləndirilən şəxslərə hökm oxunub Məhkəmənin hökmü ilə Elmir Nərimanov 10 il, Elçin Abasov isə 12 il müddətinə azadlıqdan məhrum edilib
Hadisə
17 Oktyabr , 2016 13:27
Dələduzluqda təqsirləndirilən şəxslərə hökm oxunub

Bakı. 17 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Elmir Nərimanov və Elçin Abasovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un məlumatına görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə E.Nərimanov 10 il, E.Abasov isə 12 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hər iki şəxs Cinayət Məhkəməsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunub.

Son xəbərlər

Orphus sistemi