Dələduzluqda təqsirləndirilən şəxslər məhkəmə zalından azadlığa buraxılıb

Dələduzluqda təqsirləndirilən şəxslər məhkəmə zalından azadlığa buraxılıb Hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub
Hadisə
18 Avqust , 2016 17:45
Dələduzluqda təqsirləndirilən şəxslər məhkəmə zalından azadlığa buraxılıb

Bakı. 18 avqust. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən İlyas Niftiyev və Rauf Qaçayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un məlumatına görə, hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə İ.Niftiyev və R.Qaçayevə şərti cəza verilib. Həmin şəxslərin hər ikisi məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, İ.Niftiyev və R.Qaçayev dələduzluqda təqsirli bilinərək polis əməkdaşları tərəfindən saxlanılıb. Onlar Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunublar.

Son xəbərlər

Orphus sistemi