​Dələduzluqda təqsirləndirilən şəxsin şikayəti əsasında məhkəmə başlayıb

​Dələduzluqda təqsirləndirilən şəxsin şikayəti əsasında məhkəmə başlayıb Məhkəmənin baxış iclası fevralın 23-nə təyin edilib
Hadisə
11 Fevral , 2016 16:54
​Dələduzluqda təqsirləndirilən şəxsin şikayəti əsasında məhkəmə başlayıb

Bakı. 11 fevral. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Adiyev Kəmaləddin Kazım oğlu barəsindəki hökmdən verilmiş apellyasiya şikayəti üzrə məhkəmə başlayıb.

“Report” xəbər verir ki, hakim Əmir Bayramovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası fevralın 23-nə təyin edilib.

Qeyd edək ki, Kəmaləddin Adiyev Bakı şəhər sakinlərinin etibarından sui-istifadə edərək onlara qarşı 40 min manat dəyərində dələduzluq etməkdə ittiham olunub. O, zərərçəkmişləri Dubaydan elektrotexnika malları gətirəcəyi adı ilə aldadıb. Cinayət işi üzrə 11 nəfər zərərçəkmiş şəxsin adı göstərilib.

O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunub.

Xatırladaq ki, K.Adiyevin anası Əsli Adiyeva da dələduzluq əməli törətdiyinə görə 9 il azadlıqdan məhrum edilib.

2015-ci il dekabr ayının 24-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə K.Adiyev 8 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

Son xəbərlər

Orphus sistemi