Bakı. 1 iyul. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Mehti Əliyevin cinayət işi üzrə məhkəməsi başa çatıb.
"Report"un məlumatına görə, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə M.Əliyev 7 il 10 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, M.Əliyev dələduzluqda təqsirli bilərək həbs edilib. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunub.