​Dələduzluqda təqsirləndirilən şəxsə hökm oxunub

​Dələduzluqda təqsirləndirilən şəxsə hökm oxunub O, 9 il müddətinə azadlıqdan məhrum edilib
Hadisə
2 Avqust , 2016 16:51
​Dələduzluqda təqsirləndirilən şəxsə hökm oxunub

Bakı. 2 avqust. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Pur Elvin oğlu Əhmədlinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un məlumatına görə, hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə P.Əhmədli 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, P.Əhmədli dələduzluqda təqsirli bilinərək, polis əməkdaşları təqəfindən saxlanılıb. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunub.

Son xəbərlər

Orphus sistemi