Dələduzluqda təqsirləndirilən şəxs məhkəmə zalından azadlığı buraxılıb

Dələduzluqda təqsirləndirilən şəxs məhkəmə zalından azadlığı buraxılıb Prosesdə hökm oxunub
Hadisə
3 Fevral , 2016 13:10
Dələduzluqda təqsirləndirilən şəxs məhkəmə zalından azadlığı buraxılıb

Bakı. 3 fevral. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Bakı şəhər sakini,1986-cı il təvəllüdlü Əfsun Rəcəbovun cinayət işi üzrə məhkəməsi başa çatıb.

"Report"un məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Ə. Rəcəbova 7 il müddətinə şərti cəza verilib. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edib. Ə.Rəcəbov məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, ittiham aktına əsasən, Əfsun Rəcəbov şəhər sakinlərindən 16 min manat pul alıb. O, həmin sakinlərə torpaq satacağını vəd edib. Lakin sonradan verdiyi sözə əməl etməyib. Ə.Rəcəbov istintaq zamanı zərərçəkmiş şəxslərə həmin pulları geri qaytardığı üçün şikayət geri götürülüb.

Ə.Rəcəbov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunub.

Son xəbərlər

Orphus sistemi