Dələduzluqda təqsirləndirilən şəxs məhkəmə zalından azadlığa buraxılıb

Dələduzluqda təqsirləndirilən şəxs məhkəmə zalından azadlığa buraxılıb Murad Quliyevin cəmi bir epizodda Loğman Cəfərovla əlbir olduğu bildirilib
Hadisə
14 Oktyabr , 2016 15:48
Dələduzluqda təqsirləndirilən şəxs məhkəmə zalından azadlığa buraxılıb

Bakı. 14 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Loğman Cəfərov və Murad Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un məlumatına görə, hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə L.Cəfərov 4 il 7 ay müddətinə azadlıqdan məhrum edilib. M.Quliyev isə 2 il sınaq müddəti olmaqla şərti cəza verilib. O, məhkəmə zalından azadlığa buraxılıb.

Belə ki, məhkəmə zamanı zərərçəkmişə dəyən 9 min manat maddi ziyan ödənilib. Qanunvericiliyə edilən son dəyişikliyə əsasən, bu şəxslərin hərəkətiinin "külli miqdarda dələduzluq" hesab olunmadığı qeyd edilib. L.Cəfərov və M.Quliyev Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi 178.2-ci (təkrar dələduzluq) maddəsinə tövsif edilib. Murad Quliyevin cəmi bir epizodda L.Cəfərovla əlbir olduğu qeyd edilib.

Son xəbərlər

Orphus sistemi