Dələduzluqda təqsirləndirilən şəxs məhkəmə zalından azadlığa buraxılıb

Dələduzluqda təqsirləndirilən şəxs məhkəmə zalından azadlığa buraxılıb Hakim Əfqan Hacıyev sədrliyi ilə keçirilən prosesdə hökm oxunub
Hadisə
9 Sentyabr , 2016 17:04
Dələduzluqda təqsirləndirilən şəxs məhkəmə zalından azadlığa buraxılıb

Bakı. 9 sentyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən 1956-cı il təvəllüdlü Şahin Əliyev və 1989-cu il təvəllüdlü Elçin Bağırovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un məlumatına görə, hakim Əfqan Hacıyev sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Ş.Əliyev 11 il müddətinə azadlıqdan məhrum edilib. E.Bağırov barəsində isə 2 il sınaq müddəti olmaqla şərti cəza verilib. O, məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə Baş İdarəsinə daxil olmuş müraciətlər əsasına qaldırılmış cinayət işinin istintaqı zamanı müəyyən olunub ki, “Dağlar” MTK-nın sədri Şahin Əliyev rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı törədib, öz qulluq mövqeyindən istifadə etməklə zərərçəkmiş şəxslərə külli miqdarda ziyan vurmaqla onlara qarşı dələduzluq edib, onların etibarından sui-istifadə etməklə əmlaklarını ələ keçirib.

Ş.Əliyev barəsində Binəqədi rayon Məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

İstintaq müəyyən edib ki, E.Bağırov “Dağlar” MTK-nın sədri Ş.Əliyevlə əlbir olaraq cinayət əlaqəsinə girərək zərərçəkmiş şəxslərin etibarından sui-istifadə etməklə onlara qarşı dələduzluq edib. O, Ş.Əliyevin sədri olduğu MTK-nın inşa etdiyi Bakı şəhəri, Nərimanov rayonu, 855-ci məhəllə, Təbriz küçəsi 63 ünvanında yerləşən, Vera Volkovaya satılmış mənzili Yaqub Həbibəyliyə göstərərək 148 min dollara satıb. Əldə olunan məbləği Ş.Əliyevlə öz aralarında bölməklə Yaqub Həbibəyliyə qarşı dələduzluq edib.

Daha sonra E.Bağırovun təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilməsi barədə Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə qərar qəbul edilib.

Son xəbərlər

Orphus sistemi