Dələduzluqda təqsirləndirilən qadına hökm oxunub

Dələduzluqda təqsirləndirilən qadına hökm oxunub O, 6 il müddətinə azadlıqdan məhrum edilib
Hadisə
7 Oktyabr , 2016 16:46
Dələduzluqda təqsirləndirilən qadına hökm oxunub

Bakı. 7 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Səbinə Yarəhmədovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə S.Yarəhmədova 6 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, S.Yarəhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda) maddəsi ilə ittiham olunub. O, əvvəllər də məhkumluq həyatı yaşayıb.

Son xəbərlər

Orphus sistemi