​Dələduzluqda təqsirləndirilən qadına hökm oxunub

​Dələduzluqda təqsirləndirilən qadına hökm oxunub O, 8 il müddətinə azadlıqdan məhrum edilib
Hadisə
15 Fevral , 2016 14:43
​Dələduzluqda təqsirləndirilən qadına hökm oxunub

Bakı. 15 fevral. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Xanım İbrahimovanın cinayət işi üzrə məhkəmə başa çatıb.

"Report"un məlumatına görə, hakim İradə Həsənovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə X.İbrahimova 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, X.İbrahimova vətəndaşların pulunu dələduzluq yolu ilə əldə edərək, qaytarmayıb. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunub.

Son xəbərlər

Orphus sistemi