Dələduzluqda təqsirləndirilən keçmiş hakimin məhkəməsi başlayıb

Dələduzluqda təqsirləndirilən keçmiş hakimin məhkəməsi başlayıb Baxış iclası oktabrın 3-nə təyin edilib
Hadisə
22 Sentyabr , 2016 11:07
Dələduzluqda təqsirləndirilən keçmiş hakimin məhkəməsi başlayıb

Bakı. 22 sentyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən keçmiş hakim Fəxrəddin Rzayevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

"Report"un məlumatına görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası oktabrın 3-nə təyin edilib.

Qeyd edək ki, F.Rzayev Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunur.

F.Rzayev əvvəllər Yasamal Rayon Məhkəməsinin hakimo olub. Bir müddət isə Bakı Hərbi Məhkəməsinin icra şöbəsində çalışıb.

Son xəbərlər

Orphus sistemi