Dələduzluqda şübhəli bilinən sabiq aparat rəhbəri ilə bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir - RƏSMİ MƏLUMAT

Dələduzluqda şübhəli bilinən sabiq aparat rəhbəri ilə bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir - RƏSMİ MƏLUMAT Baş Prokurorluq açıqlama yayıb
Hadisə
30 Mart , 2016 11:15
Dələduzluqda şübhəli bilinən sabiq aparat rəhbəri ilə bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir - RƏSMİ MƏLUMAT

Bakı. 30 mart. REPORT.AZ/ Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sabiq aparat rəhbərinin vətəndaşı işə düzəltmək adı ilə ondan külli miqdarda pulunu alaraq aldatması ilə əlaqədar həmin Komitədən daxil olmuş müraciət Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

“Report”un xəbərinə görə, bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı açıqlamada bildirilir.

Araşdırma zamanı qeyd olunan Komitənin sabiq aparat rəhbəri Səfər İmanovun 2012-ci ildə vəzifə səlahiyyətlərindən sui-istifadə edərək vətəndaş Eynur Kərimovu məsul vəzifəyə təyin etdirəcəyi vədi ilə aldadaraq 170 min ABŞ dolları məbləğində pulunu ələ keçirməsində şübhələr üçün əsaslar olduğundan, fakta görə Cinayət Məcəlləsinin178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi