Dələduzluqda, mənimsəmədə və quldurluqda təqsirləndirilən şəxslərin həbs müddəti artırılıb

Dələduzluqda, mənimsəmədə və quldurluqda təqsirləndirilən şəxslərin həbs müddəti artırılıb Məhkəmənin baxış iclası avqustun 2-nə təyin edilib
Hadisə
27 İyul , 2016 12:13
Dələduzluqda, mənimsəmədə və quldurluqda təqsirləndirilən şəxslərin həbs müddəti artırılıb

Bakı. 27 iyul. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda, mənimsəmədə və quldurluqda təqsirləndirilən Ricat Hidayətov və Əli Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin həbs qətimkan tədbirlərinin müddətinin başa çatdığı elan olunub.

Hakimlər kollegiyası həmin şəxslər barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması barədə qərar qəbul edib.

Məhkəmənin baxış iclası avqustun 2-nə təyin edilib.

Qeyd edək ki, hər iki şəxs 3 vətəndaşa qarşı dələduzluq, mənimsəmə və quldurluq etməkdə təqsirli biliniblər. Onlar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq), 179-cu (mənimsəmə) və 181-ci (quldurluq) maddələri ilə ittiham olunub.

Son xəbərlər

Orphus sistemi