​Dələduzluqda ittiham olunan keçmiş vəkil Ali Məhkəməyə müraciət edib

​Dələduzluqda ittiham olunan keçmiş vəkil Ali Məhkəməyə müraciət edib Prosesdə təqsirləndirilən şəxsin vəkili ilkin qərardan kassasiya şikayəti verib
Hadisə
17 May , 2016 10:00
​Dələduzluqda ittiham olunan keçmiş vəkil Ali Məhkəməyə müraciət edib

Bakı. 17 may. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Mənsum Bayramovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası davam etdirilib.

“Report”un məlumatına görə, hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili ilkin qərardan kassasiya şikayəti verib.

Bu səbəbdən proses qeyri-müəyyən vaxta kimi təxirə salınıb. İşə Ali Məhkəmədə baxılacaq.

Qeyd edək ki, M.Bayramov 2014-cü ilin sentyabrında dələduzluqda təqsirli bilinərək həbs olunub. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham edilib.

Xatırladaq ki, uzun illər Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Ali Məclisinin Rəyasət Heyətinin üzvü olmuş M.Bayramov 2005-ci ildə AXCP-dən deputatlığa namizədliyini irəli sürüb. M.Bayramov həbs olunan vaxta kimi Vəkillər Kollegiyasının da üzvü olub.

2015-ci ilin noyabr ayının 12-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Bayramov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan M.Bayramov apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsində iş baxışdan çıxarılıb, birinci instansiya məhkəməsinə qaytarılıb. İşə Bakı Ağır Cinayətlər Məhkəməsində baxıldıqdan sonra yenidən Bakı Apellyasiya Məhkəməsinə göndərilib.

Son xəbərlər

Orphus sistemi