Dələduzluq, mənimsəmə və quldurluqda təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb

Dələduzluq, mənimsəmə və quldurluqda təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb Məhkəmənin baxış iclası iyulun 27-nə təyin edilib
Hadisə
25 İyul , 2016 10:52
Dələduzluq, mənimsəmə və quldurluqda təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb

Bakı. 25 iyul. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda, mənimsəmədə və quldurluqda təqsirləndirilən Ricat Hidayətov və Əli Hacıyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası iyulun 27-nə təyin edilib.

Qeyd edək ki, hər iki şəxs 3 vətəndaşa qarşı dələduzluq, mənimsəmə və quldurluq etməkdə təqsirli biliniblər.

Onlar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq), 179-cu (mənimsəmə) və 181-ci (quldurluq) maddələri ilə ittiham olunub.

Son xəbərlər

Orphus sistemi