​Dayısı arvadını öldürməkdə təqsirləndirilən şəxs apellyasiya şikayəti verib

​Dayısı arvadını öldürməkdə təqsirləndirilən şəxs apellyasiya şikayəti verib Bakı Apellyasiya Məhkəməsində keçiriləcək iclas fevralın 9-na təyin edilib
Hadisə
8 Fevral , 2016 10:00
​Dayısı arvadını öldürməkdə təqsirləndirilən şəxs apellyasiya şikayəti verib

Bakı. 8 fevral. REPORT.AZ/ Qətl törətməkdə təqsirləndirilən Qədəşov Əziz Vahid oğlu barəsindəki hökmdən apellyasiya şikayəti verib.

“Report”un məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək iclas fevralın 9-na təyin edilib.

İşə hakim Qail Məmmədovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, hadisə 2014-cü ilin avqust ayında baş verib. Üç qardaş - Əziz, Nahid və Cahid Qədəşovlar dayısı arvadı Ülkər Abdullayevanı öldürməkdə və dayısını öldürməyə cəhd etməkdə təqsirli biliniblər. Hadisəyə səbəb qardaşların bacısı gəlin getdiyi dayısı evindən küsüb öz evlərinə gəlməsi olub. Məsələni aydınlaşdırmaq üçün dayısıgilə gedən həmin şəxslər qətl törədiblər.

Təqsirləndirilən şəxslər 120.2.1-ci (qəsdən adam öldürmə, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə), 120.2.3-ci (qəsdən adam öldürmə, zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürmə), 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 29, 120.2.1-ci (qəsdən adam öldürməyə cəhd, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürməyə cəhd), 29, 120.2.3-ci (qəsdən adam öldürməyə cəhd, zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürmə), 29, 120.2.4-cü (qəsdən adam öldürməyə cəhd, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd), 29, 120.2.7-ci (qəsdən adam öldürməyə cəhd, iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə ittiham olunublar.

2015-ci ilin may ayının 14-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə C.Qədəşov 10 il və N.Qədəşovla Ə.Qədəşov isə 19 il müddətinə azadlıqdan məhrum edilib. Qərardan narazı qalan Ə.Qədəşov apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

Son xəbərlər

Orphus sistemi