Daxili orqanında heroin keçirmək istəyən şəxs tutulub

Daxili orqanında heroin keçirmək istəyən şəxs tutulub Faktla bağlı araşdırma aparılır
Hadisə
26 Oktyabr , 2016 14:23
Daxili orqanında heroin keçirmək istəyən şəxs tutulub

Bakı. 26 oktyabr. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İrandan piyada gələn Azərbaycan vətəndaşı saxlanılaraq üzərində şəxsi yoxlama aparılıb. Bu barədə “Report”a DGK-nın mətbuat xidmətindən məlumat verilib.

Yoxlama zamanı həmin vətəndaşın daxili orqanından (düz bağırsağından) bir ədəd bükümdə, xalis çəkisi 17,785 qram olan narkotik vasitə - heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi