Daxili işlər nazirinin müavini: "Nardaranda bir qrup şəxsdə hələ də silah var"

Daxili işlər nazirinin müavini: "Nardaranda bir qrup şəxsdə hələ də silah var" "Həmin silahları dövlətə təhvil verin"
Hadisə
1 Dekabr , 2015 18:23
Daxili işlər nazirinin müavini: Nardaranda bir qrup şəxsdə hələ də silah var

Bakı. 1 dekabr. REPORT.AZ/ Daxili işlər nazirinin müavini, polis general-leytenantı Vilayət Eyvazov Nardaranda qəsəbə əhalisi arasında silah olduğu ehtimal edilən şəxslərə müraciət edib. “Report”un əməkdaşı xəbər verir ki, V.Eyvazov konkret siyahı əsasında bir qrup şəxsdən silahları dövlətə qaytarmağı tələb edib: "Bilirik ki, silah var. Həmin silahları dövlətə təhvil verin".

Xatırladaq ki, nazir müavini qəsəbədə keçirilən xüsusi əməliyyatın nəticələri ilə maraqlanıb.

Qeyd edək ki, bu gün saat 08.00-da qəsəbədə xüsusi əməliyyat keçirilməsinə başlanılıb. Müvafiq plana uyğun olaraq Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və nizami polis hissələrinin məhdud sayda xüsusi texnikası, şəxsi heyəti qəsəbəyə daxil olub, müəyyən edilmiş yerlərdə postlar qoyulub və hazırda xüsusi əməliyyat zonasında Baş Prokurorluğun, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin istintaq-əməliyyat qrupu fəaliyyət göstərir.

Son xəbərlər

Orphus sistemi