​Daxili İşlər Nazirliyində yeni baş idarə yaradılıb

​Daxili İşlər Nazirliyində yeni baş idarə yaradılıb İdarələrdən biri isə ləğv edilib
Hadisə
11 Mart , 2016 19:05
​Daxili İşlər Nazirliyində yeni baş idarə yaradılıb

Bakı. 11 mart. REPORT.AZ/ Daxili İşlər Nazirliyində (DİN) yeni baş idarə yaradılıb.

“Report”un xəbərinə görə, bununla bağlı müddəa Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əsasnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 30 iyun tarixli 518 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə fərmanda yer alıb.

Sənədə əsasən, DİN-də Maddi-Texniki Təminat Baş İdarəsi yaradılıb.

Əvəzində, DİN-in Əsaslı Tikinti İdarəsi ləğv edilib.

Son xəbərlər

Orphus sistemi