Daşkəsəndə qadının evindən oğurluq edən şəxs tutulub

Daşkəsəndə qadının evindən oğurluq edən şəxs tutulub Faktla bağlı araşdırma aparılır
Hadisə
4 Avqust , 2015 12:27
Daşkəsəndə qadının evindən oğurluq edən şəxs tutulub

Bakı. 4 avqust. REPORT.AZ/ Daşkəsəndə qadının evindən oğurluq edən şəxs tutulub. "Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytında məlumat yayılıb.

Belə ki, Daşkəsən rayon sakini Məleykə Süleymanovanın yaşadığı evdən qapını sındırmaq yolu ilə 5 500 manat pul oğurlanıb.

Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən həmyerlisi Kənan Süleymanov tutulub.

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi