Daşkəsəndə dolu düşüb, kənd təsərrüfatı sahələrinə zərər dəyib

Daşkəsəndə dolu düşüb, kənd təsərrüfatı sahələrinə zərər dəyib Daşkəsən və yaxın dağlıq rayonlara dolu düşüb.
Hadisə
9 İyun , 2022 17:27
Daşkəsəndə dolu düşüb, kənd təsərrüfatı sahələrinə zərər dəyib

Daşkəsən və yaxın dağlıq rayonlara dolu düşüb.

"Report"un Qərb bürosunun məlumatına görə, saat 16 radələrindən başlayaraq Daşkəsən və yaxın dağlıq rayonlara güclü yağış və dolu yağmağa başlayıb.

Güclü külək və dolu səbəbindən bəzi kəndlərdə meyvə ağaclarına, kənd təsərrüfatı sahələrinə zərər dəyib.

Hazırda Gəncə şəhərində və ətraf rayonlarda yağıntılı hava şəraiti davam edir.

Son xəbərlər

Orphus sistemi