​Dalaşan ər-arvadı ayırmaq istəyən qonşu bıçaqlanıb

​Dalaşan ər-arvadı ayırmaq istəyən qonşu bıçaqlanıb Faktla bağlı araşdırmalar davam etdirilir
Hadisə
19 Fevral , 2015 15:04
​Dalaşan ər-arvadı ayırmaq istəyən qonşu bıçaqlanıb

Bakı. 19 fevral. REPORT.AZ/ Daşkəsən şəhərində bıçaqlanma hadisəsi olub. “Report” Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, şəhər sakini Əfqan Abdullayev qeyri-rəsmi nikahda olduğu Nailə Cəfərovanın yaşadığı mənzildə olarkən aralarında mübahisə baş verib. Səs-küyə gəlmiş qonşuları Ziyad Alıyev onları sakitləşdirməyə cəhd göstərib, bu zaman Ə.Abdullayev Z.Alıyevə bıçaqla xəsarət yetirib.

Daşkəsən Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ə.Abdullayev tutulub. Faktla bağlı araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi