​Altı Azərbaycan vətəndaşı Dağıstandan çıxarılıb

​Altı Azərbaycan vətəndaşı Dağıstandan çıxarılıb Vətəndaşlar Rusiya ərazisində qalma rejimini pozublar
Hadisə
20 Yanvar , 2015 22:37
​Altı Azərbaycan vətəndaşı Dağıstandan çıxarılıb

Bakı. 20 yanvar. REPORT.AZ/ Altı Azərbaycan vətəndaşı Rusiyanın Məhkəmə Pristavları Federal Xidmətinin Dağıstan Respublikası üzrə İdarəsinin (MPFXİ) Rayonlararası xüsusi icraatların aparılması şöbəsi tərəfindən Rusiya ərazisindən çıxarılıb.

"Report" "Daqestanskaya pravda"ya istinadən xəbər verir ki, bu barədə xidmətin respublika idarəsinin mətbuat xidmətindən məlumat verilib.

"Məhkəmə pristavları ölkədə qalma rejimini pozduqlarına görə, altı Azərbaycan vətəndaşının məcburi qaydada deportasiya edilməsi üzrə icra hərəkətlərini təmin ediblər", - deyə məlumatda bildirilib.

Bu, MPFXİ əməkdaşları tərəfindən bu il Dağıstanda icra olunan ilk inzibati çıxarılma hadisəsidir.

Son xəbərlər

Orphus sistemi