​Dağıstandan Azərbaycanın 15 vətəndaşı deportasiya edilib

​Dağıstandan Azərbaycanın 15 vətəndaşı deportasiya edilib Onların sənədləri qaydasında olmayıb
Hadisə
11 Mart , 2016 08:15
​Dağıstandan Azərbaycanın 15 vətəndaşı deportasiya edilib

Bakı. 11 mart. REPORT.AZ/ Dağıstan pristavları Azərbaycandan olan 15 qeyri-leqal miqrantı Rusiya hüdudlarından məcburi qaydada xaric ediblər.

"Report" xəbər verir ki, bu barədə Rusiya Məhkəmə Pristavları Federal Xidmətinin Dağıstan Respublikası üzrə İdarəsinin mətbuat xidmətinə istinadən RİA "Daqestan" məlumat yayıb.

Məlumatda bildirilir ki, Mahaçqala şəhərinin Lenin və Sovetski rayon məhkəmələri tərəfindən 15 nəfər barədə qərar çıxarılıb və həmin qərarlara əsasən Dağıstandan 15 Azərbaycan vətəndaşı deportasiya edilib. Onlar respublika ərazisində qeyri-leqal olublar.

Son xəbərlər

Orphus sistemi