​Dağıstanda qanunsuz nərə balığı daşıyan azərbaycanlı saxlanılıb

​Dağıstanda qanunsuz nərə balığı daşıyan azərbaycanlı saxlanılıb Məhsul Rusiyadan Azərbaycana gedən "VAZ-212140" avtomobilinə gömrük baxışı zamanı aşkar edilib
Hadisə
30 Noyabr , 2014 10:12
​Dağıstanda qanunsuz nərə balığı daşıyan azərbaycanlı saxlanılıb
Bakı. 30 noyabr. REPORT.AZ/ Tahirkənd-Qazmalar beynəlxalq avtomobil buraxılış məntəqəsində Rusiyadan Azərbaycana nərə növündən olan təqribən 20 kq balıq keçirtmək istəyən şəxs saxlanılıb.

"Report" xəbər verir ki, bu barədə Dağıstanın Gömrük Xidmətinə istinadən RİA "Daqestan" nəşri məlumat yayıb.

İdarənin məlumatına görə, dondurulmuş balıqlar Qaçaqmalçılığın xüsusi təhlükəli növləri ilə mübarizə şöbəsinin əməkdaşları tərəfindən aşkar edilib.

"Məhsul Rusiyadan Azərbaycana gedən "VAZ-212140" avtomobilinə gömrük baxışı zamanı aşkar edilib. Dondurulmuş balıq maşının baqaj hissəsində olub. Ümumi çəkisi təqribən 20 kq təşkil edib. Ehtimal ki, balıq nərəkimilərə aiddir" – deyə Gömrük Xidmətindən bildiriblər.

Qanunsuz daşınan balıq götürülərək ekspertizaya göndərilib. Ekspertizanın nəticəsinə uyğun olaraq cinayət işininqaldırılması məsələsinə baxılacaq.

Son xəbərlər

Orphus sistemi