Sumqayıt şəhərində baş verən partlayışda xəsarət alan şəxs xəstəxanada ölüb.
"Report"un yerli bürosu məlumat verir ki, hadisə saat 08:10 radələrində Corat qəsəbəsində qeydə alınıb.
1989-cu il təvəllüdlü Dadaşov Tasim Hafız oğlu yaşadığı mənzilin vanna otağında peçi yandırmaq istəyərkən qaz sızmasından yaranmış güclü alov nəticəsində hər iki əllərin, ayaqların, başın, gövdənin, boynun və sağrı nahiyəsindən aldığı yanıq xəsarətləri ilə bağlı, Bakı şəhəri, Nərimanov Tibb mərkəzinin yanıq şöbəsinə yerləşdirilib və saat 19:50 radələrində xəstəxananın yanıq şöbəsində vəfat edib.
Ölən şəxsin əvvəllər məhkumluq həyatı yaşadığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.