​"Cici" ləqəbi ilə tanınan oğruya hökm oxunub

​"Cici" ləqəbi ilə tanınan oğruya hökm oxunub Ceyhun Hadıyev 6 il müddətinə azadlıqdan məhrum edilib
Hadisə
4 Noyabr , 2015 14:17
​Cici ləqəbi ilə tanınan oğruya hökm oxunub

Bakı. 4 noyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən, əvvəllər məhkum olunmuş Ceyhun Mirsəftər oğlu Hadıyevin cinayət işi üzrə növbəti məhkəmə prosesi yekunlaşıb.

"Report"un məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə C.Hadıyev 6 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, "Cici" ləqəbi ilə tanınan C.Hadıyev 2014-cü ildə Sumqayıt Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. O, azyaşlı məktəbli qızların sırğalarını oğurlamaqda təqsirləndirilib. Cinayət əməllərini əsasən Bakının Binəqədi rayonu ərazisində törədən C.Hadıyevin 9 belə əməlinin üstü açılıb.

Son xəbərlər

Orphus sistemi