​Çexiyanın Azərbaycandakı səfirinin həyat yoldaşı yol qəzasına düşüb

​Çexiyanın Azərbaycandakı səfirinin həyat yoldaşı yol qəzasına düşüb Səfirliyin avtomobili “Nissan” markalı maşınla toqquşub
Hadisə
24 Avqust , 2015 09:27
​Çexiyanın Azərbaycandakı səfirinin həyat yoldaşı yol qəzasına düşüb

Bakı. 24 avqust. REPORT.AZ/ Çexiyanın Azərbaycandakı səfirinin həyat yoldaşı Bakının Nərimanov rayonu ərazisində yol qəzasına düşüb. Bu barədə “Report”a Nərimanov Rayon Polis İdarəsindən bildirilib.

Hadisə "Təbriz" küçəsində baş verib.

Belə ki, səfirin həyat yoldaşı 39 yaşlı Monika Pivonkanın olduğu “Mercedes” markalı avtomobil “Nissan” markalı maşınla toqquşub.

M.Pivankonun olduğu avtomobil səfirliyə məxsusdur.

Hadisə nəticəsində xəsarət alan olmasa da, hər iki avtomobil əzilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi