​Çelyabinskdə Azərbaycandan olan akkumulyator oğruları tutulub

​Çelyabinskdə Azərbaycandan olan akkumulyator oğruları tutulub Onlar maşınlardan altı akkumulyator oğurlayıblar
Hadisə
16 Aprel , 2015 00:16
​Çelyabinskdə Azərbaycandan olan akkumulyator oğruları tutulub

Bakı. 16 aprel. REPORT.AZ/ Çelyabinsk vilayətinin Kalinin rayon polisləri tərəfindən avtomobillərdən akkumulyator oğurluğu ilə məşğul olan bir qrup şəxs yaxalanıb.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Çelyabinsk Daxili İşlər İdarəsinin mətbuat xidməti məlumat yayıb.

Saxlanılan şəxslər 1992 və 1994-cü il təvəllüdlü azərbaycanlılar olublar.

Onlardan biri əmlak cinayətlərinə görə əvvəllər məhkum edilib və Rusiya vətəndaşıdır. İkincisi isə Rusiya ərazisində müvəqqəti yaşayır.

Cari ilin yanvar-fevral aylarında gənc azərbaycanlılar yerli istehsal olan bir sıra avtomobildən akkumulyator oğurlayıblar. Onlar oğurladıqları malların bir qismini sata biliblər. İki akkumulyator isə polislər tərəfindən götürülərək sahiblərinə qaytarılıb.

Faktla bağlı cinayət işi qaldırılıb. Həmyerlilərimizi beş ilədək həbs cəzası gözləyir.

Son xəbərlər

Orphus sistemi