Cəlilabadda minik avtomobili yük maşını ilə toqquşub, ölən və xəsarət alan var - VİDEO - YENİLƏNİB

Cəlilabadda minik avtomobili yük maşını ilə toqquşub, ölən və xəsarət alan var - VİDEO - YENİLƏNİB Faktla bağlı araşdırma aparılır
Hadisə
18 May , 2016 10:57
Cəlilabadda minik avtomobili yük maşını ilə toqquşub, ölən və xəsarət alan var - VİDEO - YENİLƏNİB

    ilk xəbər  09:44-də dərc olunub, video əlavə edilib.

Bakı. 18 may. REPORT. AZ /Сəlilabad rayonunda bir nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib. “Report” xəbər verir ki, hadisə Ələt-Astara magistralının 147-ci kilometrliyində qeydə alınıb. Masallı rayon sakini Sirac Ağayev “Mercedes” markalı avtmobillə Astara rayonu istiqamətində hərəkətdə olarkən qarşı tərəfdən gələn Çay daşı ilə dolu yük avtomobilinə çırpılıb. Qəzanın təsirindən yük maşını yoldan çıxaraq ətrafdakı iri gövdəli ağaca çırpılıb. Hadisə zamanı hər iki avtomobilin sürücüsü xəsarət alıb. Göstərilən tibbi yardımlara baxmayaraq, minik avtombilinin sürücüsü Sirac Ağayev dünyasını dəyişib. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi