Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var

Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var Cəlilabad şəhəri ərazisində iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Hadisə
29 Sentyabr , 2023 00:15
 Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var

Cəlilabad şəhəri ərazisində iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, "VAZ-2106" və "VAZ-2107" markalı minik avtomobilləri toqquşub.

Hadisə nəticəsində rayon sakinləri, 1993-cü il təvəllüdlü Şahmar Rəcəbov və 2007-ci il təvəllüdlü Cahan Hüseynova müxtəlif xəsarətlər alıblar.

Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi