Cəlilabadda yol qəzası baş verib: 1 ölü, 3 yaralı

Cəlilabadda yol qəzası baş verib: 1 ölü, 3 yaralı İlkin ehtimala görə qəzaya avtomobilin yüksək sürətlə idarə edilmçəsi səbəb olub
Hadisə
15 Avqust , 2016 11:16
Cəlilabadda yol qəzası baş verib: 1 ölü, 3 yaralı

Cəlilabad. 15 avqust. REPORT. AZ/ Cəlilabadda 1 nəfərin ölümü, 3 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib. 

“Report”un Aran bürosu xəbər verir ki, hadisə ötən gün axşam saatlarında Cəlilabad -Yardımlı avtomobil yolunun Təklə kəndindən keçən hissəsində qeydə alınıb.

Rayonun Kövüzbulaq kənd sakini Əlifağa Mirzəyevin idarə etdiyi “VAZ-21011” markalı minik avtomobili yoldan çıxaraq dərəyə yuvarlanıb. 

Nəticədə sürücü də daxil olmaqla sənişinlər Zaur Ağayev, Xumar, Qətibə Ağayevalar müxtəlif dərəcəli bədən xasarətləri ilə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasıa çatdırılıb. Həkimlərin səyinə baxmayaraq Qətibə Ağayevanın həyatını xilas etmək mükün olmayıb.

Yaralıların vəziyyəti isə ağır olaraq qalır.

İlkin ehtimala görə qəzaya avtomobilin yüksək sürətlə idarə edilməsi səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi