Cəlilabadda törədilən qətlin təfərrüatları məlum olub

Cəlilabadda törədilən qətlin təfərrüatları məlum olub Cəlilabad rayonunda törədilən qətl hadisəsinin bəzi təfərrüatları məlum olub.
Hadisə
25 Oktyabr , 2023 00:31
Cəlilabadda törədilən qətlin təfərrüatları məlum olub

Cəlilabad rayonunda törədilən qətl hadisəsinin bəzi təfərrüatları məlum olub.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə ötən gün axşam saat 20 radələrində Cəlilabad şəhərində baş verib. Rayon sakini, 1977-ci il təvəllüdlü Əhmədov Mirxəqani Mirnizami oğlu münaqişə zamanı 3 bıçaq xəsarəti alıb. O, ətrafdakılar tərəfindən rayon xəstəxanasına çatdırılıb. Lakin, M.Əhmədovun öldüyü məlum olub.

Məlum olub ki, mərhuma döş qəfəsinin sağ və sol yarısının ön səthinin döş boşluğuna, ürəyinə, həmçinin sol bazunun aşağı 1/3 hissəninə xəsarətlər yetirilib. Onun ölümünə ürək nahiyəsindən aldığı xəsarət səbəb olub.

Qeyd edək ki, M.Əhmədov həbsdən yenicə çıxıbmış.

Hazırda hüquq-mühafizə orqanları tərəfindən M.Əhmədovun qətlə yetirilməsində şübhəli bilinən şəxs və ya şəxslərin tutulması istiqamətində əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

Son xəbərlər

Orphus sistemi