Cəlilabadda iki yanğın baş verib

Cəlilabadda iki yanğın baş verib Yanğın faktları rayon mərkəzində və Yusifli kəndində qeydə alınıb
Hadisə
12 Aprel , 2015 09:14
Cəlilabadda iki yanğın baş verib

Bakı. 12 aprel. REPORT.AZ/ Cəlilabad rayonunda bu gecə iki yanğın hadisəsi qeydə alınıb.

"Report"un Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən verdiyi məlumata görə, rayonun Yusifli kəndində (rayon mərkəzindən 48 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 126 kv.m olan birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları yanıb. Evə bitişik ümumi sahəsi 40 kv.m olan köməkçi tikili yanğından mühafizə olunub.

Cəlilabad şəhərində isə vətəndaşa məxsus ümumi sahəsi 132 kv.m olan şirniyyat sexinin dam örtüyünün yanar konstruksiyaları 6 kv.m sahədə yanıb. Sexin qalan hissəsi və bitişik digər obyektlər yanğından mühafizə olunub. 

Son xəbərlər

Orphus sistemi