Cəlilabadda dəyəri 5 min manatdan çox olan ev quşları oğurlanıb

Cəlilabadda dəyəri 5 min manatdan çox olan ev quşları oğurlanıb Polis hazırda cinayəti törədənləri axtarır
Hadisə
18 Oktyabr , 2015 22:20
Cəlilabadda dəyəri 5 min manatdan çox olan ev quşları oğurlanıb

Bakı. 18 oktyabr. REPORT. AZ/ Cəlilabad rayonunda 5 min manat dəyərində ev quşları oğurlanıb.

"Report" xəbər verir ki, hadisə rayonun Göytəpə şəhərində Nəsir Quliyevə məxsus fərdi təsərrüfatda baş verib.

Oğurluğu həyata keçirən naməlum şəxslər xüsusi üsuldan istifadə ediblər. Əvvəlcə quşların saxlanıldığı dama daxil olan oğrular, oradakı pəncərə məftillərini xüsusi avadanlıqlarla kəsib içəri giriblər və quşları bir-bir bayıra çıxarıblar. Ev quşlarının səsinin eşidilməməsindən ötrü onların dimdikləri yapışqan kağızlarla bağlanıb.

Bankdan götürdüyü yüksək məbləğli kreditlə geniş təsərrüfat qurmağa çalışan Nəsir Quliyevin sözlərinə görə, bir gecədə onun həyətindən 50 baş hind toyuğu, 30 baş qaz, 25 baş ördək və 30 başa yaxın toyuq oğurlanıb. Ümumilikdə təsərrüfat sahibinə 5 min manata yaxın ziyan dəyib.

Hazırda Cəlilabad rayon Polis şöbəsində cinayəti törədənlərin tapılması istiqamətində axtarışlar davam edir.

Son xəbərlər

Orphus sistemi