Cəlilabadda baş verən avtomobil qəzasında 2 nəfər həlak olub

Cəlilabadda baş verən avtomobil qəzasında 2 nəfər həlak olub Hadisə Ələt-Astara magistaral yolunun Cəlilabad rayonundan keçən hissəsində baş verib
Hadisə
4 Yanvar , 2015 16:02
Cəlilabadda baş verən avtomobil qəzasında 2 nəfər həlak olub

Bakı. 4 yanvar. REPORT.AZ/ Cəlilabad rayonunda baş vermiş avtomobil qəzasında 2 nəfər həlak olub, yaralananlar var.

"Report" AzərTAc-a istinadla xəbər verir ki, hadisə bu gün səhər Ələt-Astara magistaral yolunun Cəlilabad rayonundan keçən hissəsində baş verib. Sumqayıt sakini Mahmudov Ziya Mirhicaz oğlunun idarə etdiyi "Mercedes" markalı minik avtomobili yoldan çıxaraq ağaca çırpılıb. Zərbədən avtomobil iki yerə parçalanıb. Qəza nəticəsində avtomobilin sürücüsü və bir azyaşlı uşaq dünyasını dəyişib.

Avtomobildə olan sərnişinlər Masallı rayon sakinləri 11 yaşlı Əkbərov Nihad Tehran oğlu və 44 yaşlı Mahmudov Şahin Mirhicaz oğlu müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi