​Cəlilabadda azyaşlı uşağı "Kamaz" vurub, sürücü qaçıb

​Cəlilabadda azyaşlı uşağı "Kamaz" vurub, sürücü qaçıb Uşaq kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib
Hadisə
6 Oktyabr , 2015 23:24
​Cəlilabadda azyaşlı uşağı Kamaz vurub, sürücü qaçıb

Bakı. 6 oktyabr. REPORT.AZ/ Cəlilabadda azyaşlı uşağın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Privolnı kəndində qeydə alınıb.

"Kamaz" markalı yük maşını hərəkətdə olarkən 2007-ci il təvəllüdlü Aqşin Faiq oğlu Məmmədovu vurub. Qapalı kəllə-beyin travması alan uşaq dərhal Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. "Kamaz" sürücüsünün hadisə yerindən qaçdığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi