Cəlilabadda avtomobil piyadanı vuraraq öldürüb, sürücü qaçıb - FOTO

Cəlilabadda avtomobil piyadanı vuraraq öldürüb, sürücü qaçıb - FOTO Sürücünün tapılması istiqamətində axtarışlar davam etdirilir
Hadisə
22 Sentyabr , 2016 08:33
Cəlilabadda avtomobil piyadanı vuraraq öldürüb, sürücü qaçıb - FOTO

Cəlilabad. 22 sentyabr. REPORT.AZ/ Cəlilabad rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə ötən gün axşam saatlarında rayonun Heydər Əliyev prospektində qeydə alınıb.

Naməlum avtomobil yolu keçmək istəyən Astanlı kənd sakini, 48 yaşlı Nadir Məmmədovu vurub. Piyada aldığı xəsarətlərdən dünyasını dəyişib. Sürücü isə hadisə yerindən qaçıb.

Avtomobilin qırılaraq yerə tökülmüş ehtiyat hissələrindən onun “VAZ-2106” olduğu ehtimal edilir.

Hadisəni törədən sürücünün tapılması istiqamətində axtarışlar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi