Cəlilabadda yol qəzasında sürücü yanıq xəsarəti alaraq ölüb

Cəlilabadda yol qəzasında sürücü yanıq xəsarəti alaraq ölüb Cəlilabad rayonunun Qarazəncir kəndində ağır yol qəzası baş verib.
Hadisə
25 Sentyabr , 2023 23:03
Cəlilabadda yol qəzasında sürücü yanıq xəsarəti alaraq ölüb

Cəlilabad rayonunun Qarazəncir kəndində ağır yol qəzası baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, "Mercedes" markalı minik avtomobili "KamAZ" markalı yük avtomobilinə çırpılıb.

İlkin məlumata görə, qəza nəticəsində minik avtomobilinin sürücüsü, 1991-ci il təvəllüdlü Elşən Həbiyev yanıq xəsarəti alıb.

Yaralı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Lakin həkimlərin səyinə baxmayaraq, dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi