Cəlilabadda ağır yol qəzası: 1 ölü, 1 yaralı - FOTO

Cəlilabadda ağır yol qəzası: 1 ölü, 1 yaralı - FOTO Sürücü hadisə yerində keçinib
Hadisə
9 Fevral , 2016 03:32
Cəlilabadda ağır yol qəzası: 1 ölü, 1 yaralı - FOTO

Bakı. 9 fevral. REPORT.AZ/ Cəlilabad rayonunda ölümlə nəticələnən ağır yol qəzası baş verib. "Report"un məlumatına görə, hadisə Ələt-Astara magistral yolunun Cəlilabad rayonundan keçən hissəsində bir nəfərin ölümü, bir nəfərin isə ağır yaralanmasıyla nəticələnən ağır yol qəzası baş verib. Masallı rayonunun Kolatan kənd sakini  Xəyal İlham oğlu Abıyev darə etdiyi 10-UF-797 dövlət qeydiyyat nişanlı, "Mercedes" markalı  avtomobillə hərəkətdə olan zaman idarəetməni itirib və yoldan çıxaraq ağaca çırpılıb. Deformasiyaya uğrayan avtomobildə sürücü ilə yanaşı onun qonşusu  Nicat Seyfəddin oğlu Babayev də olub.

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) Cəlilabad rayonu üzrə xilasetmə xidmətinin əməkdaşları cəlb olunub.

Sürücü X.Abıyev hadisə yerində ölüb və sərnişin N.Babayev isə ağır vəziyyətdə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili Yardım Şöbəsinə yerləşdirilib. Xəstəxanadan "Report"a verilən məlumata görə, Nicat Babayevin vəziyyəti orta ağır olaraq qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi