Bakı. 2 May. REPORT.AZ/ Cəlilabad şəhərində yanğın baş verib. "Report" Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, vətəndaşa məxsus ümumi sahəsi 72 kv.m olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın saat 05:52-də yanğınsöndürənlər tərəfindən söndürülüb.