Cəlilabad sakininin evindən tapança-pulemyot aşkarlanıb

Cəlilabad sakininin evindən tapança-pulemyot aşkarlanıb Silah-sursatı Baş Mütəşəkkil Cinaytəkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tapıb
Hadisə
29 Fevral , 2016 12:22
Cəlilabad sakininin evindən tapança-pulemyot aşkarlanıb

Bakı. 29 fevral. REPORT.AZ/ Cəlilabad sakininin evindən tapança-pulemyot və 20 ədəd patron aşkar edilib. "Report"un məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.

Baş Mütəşəkkil Cinaytəkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Suraxanı rayonunun Zığ bağlar sahəsində yaşayan Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş Aqil Əhmədovun evindən müvafiq sənədləri olmayan nömrəsi silinmiş tapança-pulemyot və 20 ədəd patron aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi