Cəlilabad sakinindən narkotik vasitə və saxta əsginazlar aşkar edilərək götürülüb

Cəlilabad sakinindən narkotik vasitə və saxta əsginazlar aşkar edilərək götürülüb Onun barəsində cinayət işi başlanılıb
Hadisə
9 Dekabr , 2014 13:46
Cəlilabad sakinindən narkotik vasitə və saxta əsginazlar aşkar edilərək götürülüb

Bakı. 9 dekabr. REPORT.AZ/ Cəlilabad rayon sakinindən narkotik vasitə və saxta əsginazlar aşkar edilərək götürülüb. "Report" Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsi və Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad rayon sakini Elməddin Məmiyevin Lənkəran şəhərində kirayədə yaşadığı mənzilə baxış zamanı 0,9 qram tiryək aşkar edilib. Əməliyyatı davam etdirən polislər evdən 67 ədəd 500 rublluq saxta əsginaz və 1 ədəd avtomobil dövlət qeydiyyat nişanı aşkar edərək götürüblər.

 E.Məmiyev barəsində cinayət işi başlanılıb, istintaq davam edir.

Son xəbərlər

Orphus sistemi