​Cəlilabad sakini üstünə daş hasarın aşması nəticəsində ölüb

​Cəlilabad sakini üstünə daş hasarın aşması nəticəsində ölüb Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır
Hadisə
1 Oktyabr , 2015 12:41
​Cəlilabad sakini üstünə daş hasarın aşması nəticəsində ölüb

Bakı. 1 oktyabr. REPORT.AZ/ Cəlilabad rayon sakini bədbəxt hadisə nəticəsində ölüb. “Report”un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.

Hadisə rayonun Həziabad kəndində baş verib.

Həmin kənddə yaşayan Əhmədağa Paşayev həyətində üstünə daş hasarın aşması nəticəsində ölüb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi