Cəbrayılda avtomobil piyadanı vuraraq öldürüb

Cəbrayılda avtomobil piyadanı vuraraq öldürüb Cəbrayıl rayonunda pikap piyadanı vuraraq öldürüb.
Hadisə
16 İyul , 2023 10:57
Cəbrayılda avtomobil piyadanı vuraraq öldürüb

Cəbrayıl rayonunda pikap piyadanı vuraraq öldürüb.

"Report" xəbər verir ki, hadisə ötən gün baş verib.

Belə ki, 1985-ci il təvəllüdlü İbayev Vüsal Aqil oğlu idarə etdiyi “Mitsubishi L200” markalı avtomobillə Cəbrayıl rayonu, Məzrə kəndindən keçən yolun 84-cü kilometrliyində piyada 1979-cu il təvəllüdlü Ağayev Nahid Mirhəbib oğlunu vurub və sonuncu aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Cəbrayıl RPŞ-nin İstintaq qrupunda CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

Son xəbərlər

Orphus sistemi