Bakı. 7 aprel. REPORT.AZ/ Şirvan şəhərində çayxanada yanğın olub. Bu barədə "Report"a FHN-dən məlumat verilib.
Belə ki, Şirvanda vətəndaşa məxsus ümumi sahəsi 20 kv.m olan çayxananın arakəsmə divarı 10 kv.m sahədə və içərisindəki əşyaları qismən yanıb. Çayxananın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.