​Çay evindəki qətlə görə üç nəfər tutulub

​Çay evindəki qətlə görə üç nəfər tutulub Faktla bağlı araşdırmalar davam etdirilir
Hadisə
9 Fevral , 2015 12:01
​Çay evindəki qətlə görə üç nəfər tutulub

Bakı. 9 fevral. REPORT.AZ/ Bakının M.Rüstəmov küçəsində yerləşən çay evində Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Şahlar Məmmədovu qətlə yetirməkdə şübhəli bilinən şəxslər tutulub.

Bu barədə “Report”a Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən bildirilib.

Belə ki, BŞBPİ Cinayət Axtarış İdarəsi, Xətai RPİ Cinayət Axtarış Şöbəsi və 34-cü Polis Bölməsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri - 1988-ci il təvəllüdlü Emin Musayev, 1992-ci il təvəllüdlü Loğman Rəhimov və 1993-cü il təvəllüdlü Abdulla İsmayılov tutulub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi