​Cahangir Hacıyevin məhkəməsinin vaxtı açıqlanıb

​Cahangir Hacıyevin məhkəməsinin vaxtı açıqlanıb İşə bu gün Bakı Apellyasiya Məhkəməsində baxılacaq
Hadisə
21 Dekabr , 2015 13:46
​Cahangir Hacıyevin məhkəməsinin vaxtı açıqlanıb

Bakı. 21 dekabr. REPORT.AZ/ “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması vəsatəti üzrə Nərimanov Rayon Məhkəməsinin çıxardığı qərardan verilmiş apellyasiya şikayəti üzrə məhkəmənin vaxtı açıqlanıb.

C.Hacıyevin vəkili Aqil Layicov “Report”a bildirib ki, dekabrın 18-də Bakı Apellyasiya Məhkəməsində təxirə salınan iş bu günə təyin olunub.

Qeyd edək ki, dekabrın 12-də Nərimanov Rayon Məhkəməsində C.Hacıyev barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatətə baxılıb. Məhkəmə vəsatəti təmin etməyib. Ötən həftə Bakı Apellyasiya Məhkəməsində iş üzrə məhkəmə prosesi təxirə salınıb.

Xatırladaq ki, C.Hacıyev dekabrın 5-də həbs edilib. Onun barəsində Nərimanov Rayon Məhkəməsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Həmin qərarın ləğv olunması barədə apellyasiya şikayəti verilib. Lakin Bakı Apellyasiya Məhkəməsində apellyasiya şikayəti təmin edilməyib.

C.Hacıyev Cinayət Məcəlləsinin 179.1 (mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham olunur.

Son xəbərlər

Orphus sistemi